SON XƏBƏRLƏR

Rafael Qrosi İranın nüvə siyasətindəki pozuntuları barədə hesabat hazırlayacağını bildirib

2025.03.03, 20:13
Rafael Qrosi İranın nüvə siyasətindəki pozuntuları barədə hesabat hazırlayacağını bildirib

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrosi İranın nüvə proqramının inkişafını "ciddi narahatlıq" kimi qiymətləndirərək, İran hökumətinin bu sahədəki pozuntuları barədə ətraflı bir hesabat hazırlayıb təqdim edəcəyini bildirdi.

Gunaz.tv

Qrosi, 3 martda Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətinin toplantısında, son dörd ildə İranın nüvə razılaşması (JCPOA) üzrə öhdəliklərini yerinə yetirmədiyinivurğulayıb. Nəticədə, agentlik həmin dövrdən sonra İranda nüvə obyektlərinə giriş imkanını itirib.

Qrosinin sözlərinə görə, İran hökuməti bütün nüvə maddələrini, fəaliyyətlərini və obyektlərini Nüvə Silahlarının Yayılmasının Qadağan Edilməsi Müqaviləsi (NPT) çərçivəsində işlətdiyini iddia etsə də, bu iddia, agentliyin İranın elan edilməyən məkanlarındakı tapıntıları ilə uyğun gəlmir.

O, həmçinin İranın nüvə obyektlərində uran zənginləşdirmə səviyyəsinin artmasına toxunaraq, "İran, bu qədər zənginləşdirmə edən yeganə nüvə silahı olmayan ölkədir" deyib.

 

E. Y

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar