İran televiziyasında saxta göz yaşları və uydurma hekayələrlə çıxış edən bu şəxs Azərbaycan Cümhuriyyətində dinə və hicaba olan sevgisinə görə ailəsi tərəfindən işgəncələrə məruz qalmasından danışıb.
İranın anti-Azərbaycan və anti-Türk seqmentində bu uydurma veriliş böyük ölçüdə paylaşılmış və gerçək kimi təbliğ edilmişdir.
Digər tərəfdən, bu şəxsin şivəsini və danışıq tərzini nəzərə aldıqda o qadının türk və ya Azərbaycanlı olması şübhələr doğurur.
İran İslam Respublikası bu cür gülünc təbliğa verlişləri ilə özünü dünya şiələrinin müdafiəçisi kimi göstərmək istəməsinə baxmayaraq, Qarabağın 30 illik işğalı və Qarabağın azad edilməsi uğrunda gedən müharibə zamanı şiələrin çoxluq təşkil etdiyi Azərbaycanı dəstəkləmək əvəzinə, müsəlman olmayan Ermənistanı dəstəkləmişdir.
Nəticə olaraq, Qafqazdakı strateji məğlubiyyətini, Azərbaycanın Ermənistanagüc gəlməsini, Suriyada məğlubiyyətini həzm edə bilməyən İran rejimi Türkiyə və Azərbaycana qarşı nifrət yaymağa davam edir.
C