SON XƏBƏRLƏR

Ukraynada böyük dağıntılar qaçılmazdır

2025.03.04, 13:21
Ukraynada böyük dağıntılar qaçılmazdır

"Patriot" raketlərinin tədarükünün dayandırılması Ukraynada geniş miqyaslı dağıntılara səbəb olacaq.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə "The Economist" nəşri məlumat yayıb.

Tramp administrasiyası ABŞ-ın Ukraynaya bütün hərbi yardımının çatdırılmasını dayandırıb. Bu qərar, Co Baydenin prezident olduğu zaman Ukraynaya göndərilməsi razılaşdırılmış hərbi sursat, nəqliyyat vasitələri və digər avadanlıqların tədarükünə aiddir.

"Bloomberg" nəşri isə bildirib ki, yardımın dayandırılması qərarı ABŞ-ın Polşada tranzit ərazilərdə gözləyən bütün hərbi texnikalarına, o cümlədən təyyarələrdə və gəmilərdə Ukraynaya yola salınmağa gözlənilən silahlara da şamil olunur.

"The Economist" nəşri bildirir ki, "Patriot" sistemlərinə raket tədarükünün dayandırılması Ukraynanın böyük bir hissəsində, cəbhə xətti boyunca baş verənlərə bənzər dağıntılara gətirib çıxaracaq.

Məqalədə qeyd olunur ki, nəzəri cəhətdən Fransa-İtaliya SAMP/T hava hücumundan müdafiə sistemi kütləvi istehsal olunarsa, əvəzedici ola bilərdi, lakin sistem praktikada ən sürətli raketləri ələ keçirməyə qadir deyil.

 

 

Şahin Elxanoğlu

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar