SON XƏBƏRLƏR

Kreml: Kiyevə silah tədarükünün dayandırılması sülhə ən yaxşı töhfədir.

2025.03.04, 15:06
Kreml: Kiyevə silah tədarükünün dayandırılması sülhə ən yaxşı töhfədir.

Əgər Amerika həqiqətən də Ukraynaya hərbi yardımı dayandırmaq qərarına gəlsə, bu, Ukraynanı sülh prosesinə doğru irəliləməyə sövq edə bilər.

Gunaz.tv

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bugünkü brifinqində bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun Kiyevə hərbi yardımı dayandırmaq qərarının təfərrüatlarını hələ öyrənmək lazımdır.

“Sözsüz ki, hələ də detalları dəqiqləşdirmək lazımdır, lakin bu doğrudursa, bu, həqiqətən də Kiyev rejimini sülh prosesinə doğru sövq edə biləcək qərardır”, - Kreml sözçüsü vurğulayıb.

Qeyd edək ki, martın 3-də "Reuters“ Ağ Evin sözçüsünə istinadən Amerika prezidenti Donald Trampın Kiyevə bütün hərbi yardımların çatdırılmasını dayandırmaq barədə göstəriş verməsi ilə bağlı məlumat yayıb.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar