SON XƏBƏRLƏR

Türk birliyi dünyaya ədalət gətirəcək!

2025.03.04, 16:16
Türk birliyi dünyaya ədalət gətirəcək!

Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi və “Stratcom Public Forum”un təşkilatçılığı ilə “Daha ədalətli bir dünya mümkündür” mövzusunda panel müzakirə keçirilib.

Gunaz.tv

GünazTV xəbər verir ki, Panel çərçivəsində Modern.az-a açıqlama verən Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Cihangir İşbilir bildirib ki, türk birliyi dünyada ədalətin bərqərar olmasına töhfə verəcək.

"Dünya daha ədalətli olacaqsa, bu, türk dünyasının birlik və həmrəyliyindən asılıdır. Türk dünyası ayağa qalxdıqca, dünya daha ədalətli, yaşanıla bilən və sülhpərvər bir məkana çevriləcək. Çünki türklər tarix boyu ədalət prinsiplərinə sadiq qalıb”, – deyə Cihangir İşbilir vurğulayıb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar