SON XƏBƏRLƏR

Paşinyan: Ermənistanın Türkiyə ilə barışmaqdan başqa alternativi yoxdur

2025.07.16, 15:15
Paşinyan: Ermənistanın Türkiyə ilə barışmaqdan başqa alternativi yoxdur

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, İrəvanın Ankara ilə barışmaqdan başqa alternativi yoxdur.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, Paşinyan bunu bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Əgər Ermənistan Türkiyə ilə barışığa getməsə, hansı alternativlər var?", - Baş nazir deyib.

Paşinyan, həmçinin İrəvan-Ankara münasibətlərinin normallaşmasından narazı olan Ermənistan vətəndaşlarının nəyə ümid etdiklərini soruşub.

"Onlar demək istəyirlər ki, Türkiyə kimi bir ölkə ilə müharibə yolu ilə getməliyik? Biz ümumiyyətlə nə danışdığımızı başa düşürük?", - baş nazir soruşub.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar