SON XƏBƏRLƏR

Bəhreyn Amerika iqtisadiyyatına 17 milyard dollar sərmayə yatıracaq

2025.07.17, 10:41
Bəhreyn Amerika iqtisadiyyatına 17 milyard dollar sərmayə yatıracaq

"Bəhreyn Amerika iqtisadiyyatına təxminən 17 milyard dollar sərmayə yatırmaq niyyətindədir".

Gunaz.tv

bunu Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Əl Xəlifə Ağ Evdə Amerika Prezidenti Donald Trampla görüş zamanı deyib.

"Amerikaya daxil olacaq 17 milyard dollar məbləğində razılaşmaları elan etməkdən məmnunuq. Bu, real puldur, saxta razılaşmalar deyil", - deyən vəliəhd söhbətin hansı layihələrdən getdiyini dəqiqləşdirməyib.

O, Trampla danışıqlar zamanı təhlükəsizlik, ticarət və investisiya ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırdığını bildirib.


C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar