SON XƏBƏRLƏR

İraqda baş verən güclü yanğında 50 nəfər həlak olub

2025.07.17, 10:43
İraqda baş verən güclü yanğında 50 nəfər həlak olub

İraqın Vasit əyalətinin Kut şəhərində hipermarketdə güclü yanğın baş verib.

Gunaz.tv

Hadisə nəticəsində 50 nəfər ölüb, yaralananların sayı isə bəlli deyil.

Yanğın hipermarketin birinci mərtəbəsində başlayıb, daha sonra isə 5-ci mərtəbəyə qədər yayılıb.

Yanğının baş vermə səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma başladılıb, nəticələri 48 saat ərzində açıqlanacaq.

Bildirilib ki, yanğın baş verən hipermarket 5 gün əvvəl açılıb.

Qeyd edək ki, hadisə ilə bağlı ölkədə üç günlük matəm elan olunub.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar