SON XƏBƏRLƏR

Türkiyə ilə BƏƏ 7 strateji saziş imzalayıb

2025.07.17, 11:25
Türkiyə ilə BƏƏ 7 strateji saziş imzalayıb

Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri müxtəlif sahələrdə yeddi saziş imzalayaraq strateji tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi istiqamətində yeni addım atıblar.

Gunaz.tv

Sazişlər çərşənbə günü, iyulun 16-da BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Ankaraya səfəri zamanı imzalanıb.

İmzalanan sazişlər ticarət, müdafiə, turizm, texnologiya, enerji, ərzaq təhlükəsizliyi və elmi tədqiqatlar da daxil olmaqla geniş sahələri əhatə edir.

İmzalanan ən mühüm sənədlər arasında turizm və turistlərin cəlb edilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu, əczaçılıq, kənd təsərrüfatı, sənaye istehsalı sahələrində sazişlər və məxfi müdafiə məlumatlarının qarşılıqlı mühafizəsi haqqında saziş daxildir.

İki ölkə, həmçinin, birgə konsulluq komitəsinin yaradılması barədə razılığa gəlib və qütb tədqiqatları üzrə anlaşma memorandumu imzalanıb ki, bu da hər iki tərəfin elmi və texnoloji əməkdaşlığın inkişafına yanaşmasını əks etdirir.

Ərdoğan bu görüşdə Şeyx Mohamed bin Zayed-i alqışlayıb və onun səfərini ikitərəfli münasibətlərin müsbət tendensiyasının davamı kimi qiymətləndirərək deyib: “Biz bu tərəfdaşlığın əsasını 2023-cü ildə Əbu-Dabiyə səfərimiz zamanı qoyduq və indi demək olar ki, bütün sahələrdə onun nəticələrinin şahidi oluruq”.

Türkiyə Prezidenti iki ölkə arasında iqtisadi əlaqələrin sürətlə artmasına toxunaraq bildirib: "Cəmi üç il əvvəl biz 10 milyard dollarlıq ticarət həcminə nail olmağı qarşımıza məqsəd qoymuşduq, indi isə ümid edirik ki, bu il 20 milyard dollar həddini keçəcəyik və qəti addımlarla gələcəkdə 40 milyard dollarlıq hədəfə çatacağıq".

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar