SON XƏBƏRLƏR

Kreml Trampın 50 günlük ultimatumla bağlı bəyanatlarını təhlil edir

2025.07.17, 14:25
Kreml Trampın 50 günlük ultimatumla bağlı bəyanatlarını təhlil edir

Rusiya hakimiyyəti ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsi ilə bağlı son bəyanatlarını təhlil etməyə davam edir.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Əgər Prezident Vladimir Putin şərh verməyi zəruri hesab edərsə, bunu edəcək. Mən bunu artıq demişəm, hələlik əlavə edəcəyim yeni heç nə yoxdur", - o qeyd edib.

Xatırladaq ki, Tramp Moskva və Kiyevin 50 gün ərzində sülh barədə razılığa gəlməyəcəyi halda Rusiya mallarına 100% rüsum tətbiq etməyi vəd edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar