SON XƏBƏRLƏR

Samvel Karapetyanın "Ermənistan Elektrik Şəbəkələri" milliləşdirilir

2025.07.18, 09:57
Samvel Karapetyanın "Ermənistan Elektrik Şəbəkələri" milliləşdirilir

Həbs edilmiş iş adamı Samvel Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin milliləşdirilməsi proseduruna başladılıb.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bu barədə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Nazirlik "Ermənistan Elektrik Şəbəkələri" QSC tərəfindən yol verilmiş pozuntularla bağlı İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasına müraciət edib", - məlumatda deyilir.

Bununla da qurum şirkətin milliləşdirilməsinə imkan verən proseduru başladıb.

İyulun 3-də Ermənistan parlamenti bu məqsədlə "Energetika haqqında" və "İctimai xidmətlərin tənzimlənməsi komissiyası haqqında" qanunlara dəyişikliklər qəbul edib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar