SON XƏBƏRLƏR

Təbrizin məşhur şirkətinin işçiləri işi dayandırıb

2025.10.09, 10:19
Təbrizin məşhur şirkətinin işçiləri işi dayandırıb

Təbrizin Motojen şirkətinin işçiləri iki gündür tətil elan edib və işi dayandırıblar.

Gunaz.tv

Bu haqda işçi hərəkatı fəalları məlumat yayıb.

Məlumata görə,narazılar şirkət rəhbərliyi və əmək nazirliyinin onların qanunla nəzərdə tutulan hüquqlarını pozmaqda günahlandırıblar.

Onlar əmək haqlarının artırılmamasını, az olan əmək haqlarının verilməməsini və siğorta problemlərinin olduğunu bildiriblər.

Təbrizıi işçilər bununla yanaşı iş təhlükəsizliklərinin də olmamasına diqqət çəkiblər.

Qeyd edək ki, Motojen şirkəti Şərqi Azərbaycanın elektrik mühərrikləri istehsal edən ən iri şirkətlərdən biridir.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar