SON XƏBƏRLƏR

İran Suriyada yeni təxribatlar törədir

2025.11.26, 15:33
İran Suriyada yeni təxribatlar törədir

Xüsusən Suriya prezidenti Əhməd Əş-Şaranın ABŞ-a son səfərindən sonra İran hökumətinin bu ölkəyə qarşı təbliğatı dahada artıb.

Gunaz.tv

İran rəsmiləri və hökumətə bağlı qruplar Əş-Şaranı ittiham edən çıxışlar və paylaşımlarını etməkdə davam edirlər.

Bəzi radikal qruplar və siyasətçilər isə İran hökuməini Suriyada yaşayan ələvilərə üsyan üçün dəstəyi artırmağa çağırıblar.

Bu çağırışlardan sonra Suriyada ələvilərin bir qismi rəsmi Dəməşqə qarşı etiraz aksiyalarına başlayıblar.

Latakiya, Tartus, Homs, Cəblə və ətraf şəhərlərdə baş tutan. aksiyalarda etirazçılar Suriya hökumətini ələvilərə qarşı repressiyalarda günahlandırıblar.

Qeyd edək ki, həmin aksiyalardan əvvəl İran hökumtinə bağlı qruplar və şəxslər də Dəməşqin "ələvilərə qarşı repressiyalara əl atdığı" barədə ittiham edici məlumatlar yayıblar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar