SON XƏBƏRLƏR

İranın xarici işlər naziri Əraqçi ölkə miqyasında keçirilən etirazlara görə Amerika və İsraili günahlandırıb

2026.01.09, 17:28
İranın xarici işlər naziri Əraqçi ölkə miqyasında keçirilən etirazlara görə Amerika və İsraili günahlandırıb

İranın xarici işlər naziri Abbas Əraqçi Amerika və İsraili İrandakı etirazlarda iştirak etməkdə günahlandırıb.

Gunaz.tv

Əraqçi ailəsinin ölkədən qaçdığı barədə məlumatları təkzib edib və xarici hərbi müdaxilənin ehtimalının az olduğunu bildirib.

"Amerika və İsrail bu nümayişlərdə iştirak etdiklərini açıqladılar", - deyə Əraqçi Amerikanın keçmiş dövlət katibi Mayk Pompeonun sosial media paylaşımına işarə edib.

Qeyd edək ki, Pompeo öz paylaşımında belə qeyd etmişdi: "Küçələrdəki hər bir iranlının. Həmçinin onların yanında gəzən hər bir Mossad agentinin Yeni ilini təbrik edirəm".

O, etirazlar zamanı xarici hərbi müdaxilənin ehtimalının az olduğunu bildirib. "Bu etirazlarla eyni vaxtda İrana hərbi müdaxilə ehtimalı azdır", - deyə o bildirib.

Əraqçi həmçinin Omanın xarici işlər nazirinin şənbə günü Tehrana səfər etməli olduğunu bildirib, lakin əlavə edib: "Onun bir mesaj daşıyıb-daşımadığını bilmirik".

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar