İndi nə olmasında asılı olmayaraq Rejimin 2026-nı hakimiyyəti əlində bu qədər möhkəm saxlayaraq başa vurması mümkün deyil.
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
İndi nə olmasında asılı olmayaraq Rejimin 2026-nı hakimiyyəti əlində bu qədər möhkəm saxlayaraq başa vurması mümkün deyil.
Hudson institunun Yaxın Şərq mərkəzinin rəhbəri Maykl Duran
İran yol ayrıcındadır. 2022 və 2023-cü illərdə baş verən "Qadın, Həyat, Azadlıq" üsyanından bəri ölkə miqyasında ən böyük və ən davamlı etiraz dalğası hazırda ölkəni bürüyür. Hazırki hərəkat tezliklə əvvəlkiləri üstələyə bilər. 2025-ci ilin dekabr ayının sonlarında valyutanın çökməsi və yaşayış xərclərinin artması ilə bağlı nümayişlər kimi başlayan etirazlar şəhər və bölgələrə sürətlə yayılıb. Repressiyalar gücləndikcə və qurbanlar artdıqca etirazlar rejim dəyişikliyi üçün açıq tələblərə çevrilib.
İndi nə olmasında asılı olmayaraq Rejimin 2026-nı hakimiyyəti əlində bu qədər möhkəm saxlayaraq başa vurması mümkün deyil. Çox şey baş verib; çoxlu sayda nəzarətsiz, lakin kəsişən amillər rejimin gücünü sarsıtmaqdadır. Lakin bu o demək deyil ki, inqilab qaçılmazdır və İran yenidən azad, açıq cəmiyyətə çevriləcək.
İslam Respublikası əvvəllər də kütləvi iğtişaşlarla üzləşib. Son 15 ildə o, dəfələrlə ölkə miqyasında etiraz dalğalarına tab gətirib. Hər dəfə də belə olub: Nümayişlər artıb, təhlükəsizlik xidmətləri zorakılıqla basqın edib və müxalifət şəbəkələri parçalanıb. Rejim sağ qalıb.
Bu tarix vacib olsa da, tarix indiki zamana hökm etmir. İslam Respublikası ölür. Bu etirazlar da yata bilər. Hakimiyyət bu il də sağ qala bilər. Ancaq rejim 2026-cı ili bütün gücü və səlahiyyətləri öz əlində saxlayaraq başa vura bilməyəcək.
***
İslam Respublikasının tamamilə devrilməsi üç mümkün nəticədən yalnız biridir.
Birinci ssenari rejimin süqutudur. Davamlı iğtişaşlar elitanı parçalayır, təhlükəsizlik xidmətləri daxilindəki sapmalara və mərkəzləşdirilmiş nəzarətin pozulmasına səbəb olur.
İkincisi ehtimal qismən transformasiyadır. İndi 86 yaşında və gözəçarpan dərəcədə zəif olan Lider Əli Xamenei ölə bilər və ya vəzifəsindən kənarlaşdırıla bilər ki, bu da İnqilab Keşikçilərindən güclü bir şəxsin hakimiyyəti ələ keçirməsinə yol açsın. Belə bir şəxs vaxt qazanmaq üçün həm ölkə daxilində, həm də xaricdə siyasəti tənzimləyəcək. Dövlət yaşaya bilər, amma indi bildiyimiz kimi rejim yaşamayacaq:
İdeoloji hakimiyyət aşınacaq və institusional birlik zəifləyəcək.
Üçüncü ssenari daha qarışıqdır. Rəhbərlik etirazları dağılana qədər yatırır. Sistem formal dəyişiklik olmadan yaşayır. Lakin əvvəlkindən daha zəif formada ortaya çıxır: daha iflic, daha çox təcrid olunmuş və güc tətbiqindən daha çox asılı.
Bu üç ssenari fərqli olsa da heç birində rejim olduğu kimi salamat qalmır. Ciddi tənəzzül qaçılmazdır.
Ancaq bu ssenarilərin heç biri İslam Respublikasını zərərsizləşdirmir. Sanki quduz it kimi, o, ölməkdədir - amma yenə də son dərəcə təhlükəlidir. İran əhəmiyyətli bir ballistik raket qüvvəsinə, qalıq nüvə qabiliyyətinə və İsraili məhv etmək və ABŞ-ı Yaxın Şərqdən qovmaq üçün ideoloji bir öhdəliyə malikdir. Ölməkdə olan bir rejim isə artıq əvvəlki kimi ehtiyatlı davranmayacaq.
***
Niyə gedişat bu dəfə fərqlidir? Çünki rejim dövlətin ən əsas atributu - valyutası üzərində nəzarəti itirib. Rəsmi və bazar məzənnələri arasındakı fərq 35-ə 1 fərq var, rial artıq pul kimi kifayət qədər funksiya göstərmir. Əmanətlər mənasızlaşır, müqavilələr etibarlılığını itirir və iqtisadi planlaşdırma çökür.
Rejim indi iki ayrı iqtisadiyyata rəhbərlik edir. Biri rialın dəyərdən düşməsi ilə məşğul olur və rəsmi bürokratiyanı dəstəkləyir. Digəri isə yalnız rejimin dar bir dairəsi üçün əlçatan olan neft barteri və sərt valyuta vasitəsilə real əməliyyatlar aparır.
Xarici valyuta ehtiyatları dondurulmuş və ya əlçatmaz olduğu üçün mərkəzi bank artıq valyutanı qoruya və ya likvidliyi idarə edə bilmir. Pulunu sabitləşdirə bilməyən və ya gəlirlərini etibarlı şəkildə vergiyə cəlb edə və yenidən bölüşdürə bilməyən hökumət dövlətin əsas qollarından birini itirib və onu bərpa edə bilməyəcək.
Səbəb struktur xarakterlidir. Sanksiyalar rejimi xarici valyutanı İran xaricindəki törəmə şirkətlərdə saxlamağa məcbur edir. Pul mövcuddur, lakin makroiqtisadi sabitləşmə və ya ictimai rifah üçün mövcud deyil. Pul Qərb və İsrail ilə qarşıdurmanı davam etdirmək üçün proksi qüvvələrinə sərf edilir. Adi iranlılar isə bunu gündəlik hər şeyin çatışmazlığı ilə hiss edir. Su hətta böyük şəhərlərdə belə fasilələrlə olur. Elektrik enerjisi və yanacaq rasionlaşdırılır. Ərzaq qiymətləri əmək haqqını üstələyir və bu da ev təsərrüfatlarını istehlakı azaltmağa və qənaətə məcbur edir.
İran prezidenti Məsud Pezeşkian, İranın sistemli uğursuzluğunun dərinliyini açıq şəkildə etiraf etməklə rejimin onilliklər boyu davam edən yanaşmasından imtina etmiş oldu. O, böhranın əsas səbəbinin sanksiyalar olduğunu bildirərək etirazçıları anlayışla qarşıladığını bildirdi. "Daxili İşlər Nazirinə etirazçıların qanuni tələblərini onların nümayəndələri ilə dialoq yolu ilə eşitməyi tapşırdım ki, hökumət problemləri həll etmək və məsuliyyətlə cavab vermək üçün bütün gücü ilə hərəkət edə bilsin", - deyə o, 29 dekabrda X-dakı paylaşımında qeyd etmişdi. O problemi inkar etmək və dərhal represiyalara çağırış etməkdənsə etirazların təməlində iqtisadi çöküşün dayandığını etiraf etdi.
Lakin 71 yaşlı Pezeşkian öz gücsüzlüyünü də açıq şəkildə bildirib. Keçən ilin mart ayında etdiyi çıxışında o, Vaşinqtonla danışıqlara tərəfdar olduğunu, lakin qərarın ləğv edildiyini bildirib. İqtisadi sabitləşmənin yeganə mümkün yolu olan sanksiyaların aradan qaldırılması məsələsində İran prezidenti açıq şəkildə heç bir səlahiyyəti olmadığını etiraf edir. Belə ki, Əli Xamenei son qərarı verəcək veto hüququnu öz əlində saxlayır. Bu da rejimi çıxılmaz duruma salır.
Əslində isə çıxış yolu mövcuddur - ən azı nəzəri olaraq. Tramp administrasiyası masaya açıq bir təklif qoyub: Həm nüvə proqramını, həm də ballistik raket proqramını ləğv etmək və regional proksilərin maliyyələşdirilməsinə son qoymaq. Əvəzində İran xarici valyutaya çıxışı bərpa edəcək, iqtisadiyyatını sabitləşdirəcək və hazırda korrupsiya və qıtlığa yol açan sanksiyaların yaratdığı kölgə sistemini aradan qaldıracaq. Xameneyi isə təklifi qəti şəkildə rədd edib. İdeologiya və rejim öz kimliyini sağ qalmaqdan üstün tutur.
Bu iflic durumu — iqtisadi, siyasi və strateji — indi rejimin məğlubedilməzlik aurasını əlindən alan bir sıra olaylardan sonra baş verir. 7 oktyabr 2023-cü ildən sonra İsrail İranın regional strategiyasını hissə-hissə dağıtdı. Qəzzada Həması məhv etdi, Livanda Hizbullahı kütləvi şəkildə zəiflətdi və İranın Suriyadakı dəstəyini sarsıtdı, nəticədə Bəşər Əsədin süqutu baş verdi. Yalnız bu regional struktur pozulduqdan sonra münaqişə genişlənərək 2025-ci ilin iyun ayında İrana birbaşa zərbə endirildi və onun hava hücumundan müdafiə sistemlərinin, raket qüvvələrinin və nüvə infrastrukturunun əsas elementlərini məhv edildi. Nüvə proqramı uzun müddətdir ki, rejimin Qərbə qarşı əsas itaətsizlik simvolu kimi fəaliyyət göstərirdi. Onun məhv edilməsi bu simvolu da aradan qaldırdı.
İranın nüvə infrastrukturuna dəyən ziyan böyük olsa da bu İranın tamamilə tərhsilah olması demək deyil. Tehran hələ də texniki biliyə, qalan aktivlərə və hər şeydən əvvəl nüvə proqramını yenidən qurmaq niyyətinə malikdir. Eyni şey onun raket proqramına da aiddir. Rejimin durumu ağırlaşsa belə o hələ də ölümcül aktor olaraq qalmağa davam edir.
Ümumilikdə, bu şok dalğaları sistemi yeni bir mərhələyə keçirib. İran indi inqilab üçün bir çox klassik ilkin şərtləri - iqtisadi çöküş, hərbi rüsvayçılıq, legitimliyin aşınması və xarici təcrid – özündə birləşdirir. Lakin onun həlledici katalizatoru yoxdur: mütəşəkkil inqilabi liderlik. Rejim potensial liderləri aradan qaldırmaqda sistemli və amansız olub. Yerdə qalan isə küçələrə çıxa bilən, lakin nəzarəti ələ ala bilməyən qəzəbli ictimaiyyətdir.
İranın etnik müxtəlifliyi kütləvi etirazların vahid siyasi hərəkətə çevrilməsi problemini daha da artırır. Farslar əhalinin yalnız təxminən yarısınıtəşkil edir, eyni zamanda müxtəlif bölgələrdə cəmləşmiş böyük Azərbaycan, Kürd, Ərəb, Bəluc və Türkmən azlıqları da var. Bu qruplar müxtəlif problemlərə malikdir. Rejim uzun müddətdir ki, bu parçalanmadan istifadə edir, vahid hərəkatla qarşılaşmaq əvəzinə, bölgələrə yayılmış etirazları ayrı-ayrılıqda yatırır.
Elita daxilində görünən gərginliyə baxmayaraq, təhlükəsizlik xidmətlərində təsdiqlənmiş heç bir pozuntu qeydə alınmayıb. Heç bir yüksək rütbəli komandir etirazçılar tərəfə keçməyib. Rejim əsas gücü olan SEPAH isə hərəkət keçməyə hazırdır. İnternetin bağlanması, kütləvi həbslər və kalibrlənmiş zorakılıq etiraz şəbəkələrini parçalaya və iştirakçıları tükəndirə bilər. Təhlükəsizlik xidmətlərinin intizamlı və hərəkətə keçməyə hazır olması rejimin əsas uğursuzluqlarını həll etmir, lakin etirazların ən ağır siyasi nəticələrini gecikdirə bilər.
***
Donald Tramp xəbərdarlıq edib ki, İran etirazçılarının kütləvi şəkildə qətlə yetirilməsi müdaxiləyə səbəb olacaq. Onun Venesueladakı son hərəkətləri və "Gecəyarısı Çəkic" əməliyyatı bu xəbərdarlığın kəsərini artırır. Buna baxmayaraq, son xəbərlər rejimin daha açıq şəkildə repressiv mərhələyə qədəm qoyduğunu göstərir ki, bu da Tehranın Trampın "qırmızı xətlərini" sınamağa hazır olduğunu göstərir. Nə olursa olsun, trayektoriya aydındır. İslam Respublikası etirazçıları öldürə və nümayişlərdən sağ çıxa bilər, amma rejim artıq öz hakimiyyətini bərpa edə bilməz. O, 2026-cı ilə qurulduğu vaxtdan bəri ən zəif şəkildə qədəm qoyur.
- Cəfər Cəfərli
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib
Husilərin silah anbarları bombalandı
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir