SON XƏBƏRLƏR

Gözlənilməz ssenariyə hazırıq! - İsrail

2026.01.13, 09:36
Gözlənilməz ssenariyə hazırıq! - İsrail

İsrail ordusu İrandakı etirazlar fonunda hər hansı gözlənilməz ssenarilərə qarşı daim hazırlıqlıdır.

Gunaz.tv

Bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü briqada generalı Efi Defrin deyib.

O qeyd edib ki, İsrail ordusu daim müdafiəyə hazırdır.

General İrandakı etirazları İslam Respublikasının "daxili məsələsi" hesab edir.

Eyni zamanda, Defrin İsrail ictimaiyyətini təsdiqlənməmiş məlumat mənbələrinə etibar etməməyə çağırıb:

"Son günlərdə İrandakı vəziyyətlə bağlı bir çox şayiə yayılıb. Biz vəziyyəti müntəzəm olaraq qiymətləndirməyə davam edirik və hər hansı bir dəyişiklik baş verərsə, sizi məlumatlandıracağıq. Vurğulayıram: Şayiələrə aldanmayın".

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar