SON XƏBƏRLƏR

Zelenski İrandakı etirazların Rusiya üçün problem olduğunu deyib

2026.01.13, 12:12
Zelenski İrandakı etirazların Rusiya üçün problem olduğunu deyib

Ukrayna Prezidenti Volodimir Zelenski İrandakı genişmiqyaslı etirazların Rusiya üçün şəraitin yaxşılaşmayacağını göstərdiyini söyləyərək, etirazların dəyişiklik üçün bir şans olduğunu deyib.

Gunaz.tv

Bu barədə o, özünün X hesabında paylaşım edib.

Zelenski dünyadakı bir çox insanın iranlıların Ukraynaya və digər ölkələrə zərər gətirən rejimdən azad olmalarını istədiyini söyləyib.

O, dünya liderlərini, hökumətləri və beynəlxalq təşkilatları İranlıları dəstəkləmək və ölkənin hazırkı vəziyyətinə görə məsul olanları vəzifədən uzaqlaşdırmaq üçün hərəkətə keçməyə çağırıb.

"Hər şey fərqli ola bilər", - deyə o yazıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar