SON XƏBƏRLƏR

Böyük Britaniya İrandakı səfirliyini müvəqqəti bağlayıb

2026.01.15, 11:01
Böyük Britaniya İrandakı səfirliyini müvəqqəti bağlayıb

Böyük Britaniya Amerikanın mümkün zərbəsi ilə bağlı narahatlıqlar fonunda İrandakı səfirliyini təxliyə edib.

Gunaz.tv

Bu barədə "The Telegraph" məlumat yayıb.

Təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsindən sonra çərşənbə günü Britaniyanın Tehrandakı səfiri və bütün konsulluq əməkdaşları səfirlik binasını tərk ediblər.

Xarici İşlər Nazirliyi bağlanmanın müvəqqəti xarakter daşıdığını bildirib.

Mümkün hərbi əməliyyatlar ərəfəsində britaniyalı hərbçilər Amerika hərbçiləri ilə birlikdə Qətərdə yerləşən Amerikanın idarə etdiyi Əl-Udeyd aviabazasından da çıxarılıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar