SON XƏBƏRLƏR

Cevdet Yılmaz Amerika səfiri ilə İran və Suriyadakı son prosesləri müzakirə edib

2026.01.15, 13:25
Cevdet Yılmaz Amerika səfiri ilə İran və Suriyadakı son prosesləri müzakirə edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Amerikanın Ankaradakı səfiri Tom Barrak ilə Prezident Külliyəsində İran və Suriyadakı son prosesləri müzakirə edib.

Gunaz.tv

Bu barədə Türkiyənin vitse-prezidenti "X"də yazıb.

O qeyd edib ki, keçirilən görüşdə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi və əməkdaşlığın konkret sahələrdə dərinləşdirilməsi məsələlərinə də toxunulub.

"Görüşdə iqtisadi və ticarət əlaqələrimizin inkişafı, müdafiə sənayesi və xüsusilə, CAATSA sanksiyaları başda olmaqla gündəmdə olan mövzuları ətraflı şəkildə nəzərdən keçirdik. Bununla yanaşı, İran və Suriyadakı son proseslər, eləcə də Qəzza sülh planının ikinci mərhələsi çərçivəsində regional və qlobal məsələlərə dair fikir mübadiləsi apardıq. Səmərəli töhfələrinə və ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində göstərdiyi iradəyə görə Tom Barraka təşəkkürümü bildirirəm", - C.Yılmaz yazıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar