SON XƏBƏRLƏR

XİN başçısı: Cənubi Qafqazda sülhün təmini Türkiyənin ötən il ən çox səy göstərdiyi məsələlərdən olub

2026.01.15, 13:28
XİN başçısı: Cənubi Qafqazda sülhün təmini Türkiyənin ötən il ən çox səy göstərdiyi məsələlərdən olub

Cənubi Qafqazda qalıcı sülhün təmini 2025-ci ildə Türkiyənin ən çox səy göstərdiyi məsələlər sırasında olub.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan mətbuat konfransında deyib.

O qeyd edib ki, Balkan ölkələri ilə münasibətlər də Türkiyənin gündəmində böyük rol oynayıb:

"Artıq heç bir ölkə xarici siyasətini əvvəldən müəyyənləşdirilmiş şablonlar əsasında irəli aparmır. İttifaqları doğru qurmağa, mənfəəti müəyyənləşdirməyə məcburuq. Böhran vəziyyətindən çıxış yolunu mütləq müəyyənləşdirmək lazımdır".

H.Fidan bildirib ki, region üçün sülh və təhlükəsizliyin təminatı Türkiyənin əsas hədəfi olacaq.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar