SON XƏBƏRLƏR

İrandan açıq təhdid; Türkiyənin Adana şəhərindəki İncirlik bazası potensial hədəf

2026.01.16, 00:25
İrandan açıq təhdid; Türkiyənin Adana şəhərindəki İncirlik bazası potensial hədəf

Gunaz.tv

İranın Türkiyənin Adana şəhərində yerləşən İncirlik Hava Bazası və Malatya vilayətindəki Kürecik radar bazasını hədəf ala biləcəyi ehtimalı Türkiyə mətbuatında geniş əks-səda doğurub və ölkə gündəminin əsas mövzularından birinə çevrilib.

ABŞ-ın mümkün hərbi əməliyyat təhdidlərinin artması fonunda İran hakimiyyəti indiyədək görünməmiş sərt ritorika ilə qonşu ölkələrdə yerləşən ABŞ hərbi bazalarını “legitim hədəf” elan edib. Media mənbələrinin məlumatına görə, Tehran xəbərdarlıq edib ki, ABŞ tərəfindən hər hansı hücum baş verərsə, Türkiyə, Qətər və Səudiyyə Ərəbistanındakı ABŞ bazaları vurula bilər.

Məlumata görə, ABŞ qüvvələrinin yerləşdiyi İncirlik Hava Bazası ilə yanaşı, Malatyadakı Kürecik radar bazasının da potensial hədəf kimi gündəmə gəlməsi bölgədə təhlükəsizliklə bağlı narahatlıqları daha da artırıb.

Bu açıqlama, ABŞ-ın İran ətrafında hərbi fəallığının artdığı və Vaşinqtonun mümkün hərbi addımı ilə bağlı siyasi və təhlükəsizlik dairələrində ciddi müzakirələrin getdiyi bir vaxta təsadüf edir. Belə bir şəraitdə İran hakimiyyəti qonşu ölkələrə ünvanlanan hədələyici mesajla gərginliyin coğrafiyasını öz sərhədlərindən kənara çıxarmağa çalışır.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar