SON XƏBƏRLƏR

Stiv Uitkoff İran rəsmiləri ilə danışıb

2026.01.16, 17:09
Stiv Uitkoff İran rəsmiləri ilə danışıb

Son saatlarda ABŞ-ın Tehrana qarşı hərbi variantı tətbiq etməklə bağlı təhdidlərinin intensivliyi azalıb və ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff İran rəsmiləri ilə əlaqə saxladığını açıqlayıb.

Gunaz.tv

"Israel Hume" qəzetinin məlumatına görə, Uitkoff cümə günü Vaşinqtonun "etirazçıların kütləvi qətlləri və edamları" ilə bağlı narahatlıqlarını İran rəsmiləri ilə əlaqə saxlayaraq ifadə etdiyini açıqlayıb.

Uitkoff Tehrana birbaşa mesaj göndərildiyini vurğulayıb və əlavə edib ki, bu zənglər ABŞ prezidenti Donald Trampın tapşırığı ilə edilib. Onun sözlərinə görə, Tramp İran rəsmilərinə xəbərdarlıq edib və Vaşinqton eyni çərçivədə İran tərəfi ilə kütləvi qətllər və edamlarla bağlı narahatlıqlar barədə əlaqə saxlayıb.

Uitkoffun sözlərinə görə, İranda etirazçıların qətlləri və edamları dayandırılıb. ABŞ-ın xüsusi nümayəndəsi daha sonra bildirib ki, yalnız Tramp digər tərəfi geri çəkilməyə məcbur etmək üçün şübhəsiz gücə malikdir.

Amerikalı diplomat Vaşinqtonun diplomatik həllə ümid etdiyini vurğulayaraq, dörd əsas məsələnin - uranın zənginləşdirilməsi, zənginləşdirilmiş nüvə materialı ehtiyatları, İranın raket proqramı və İranın Yaxın Şərqdəki proksi qüvvələrinin - həll edilməli olduğunu söyləib.

O, İranın iqtisadi vəziyyətini çətin" adlandıraraq, gündə 16 saata qədər su çatışmazlığının, gündə 12 saata qədər elektrik kəsintilərinin və 50 faizdən çox inflyasiyanın İrana ağır yük olduğunu bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar