SON XƏBƏRLƏR

Xamənei etirazlara görə ABŞ-i günahlandırdı

2026.01.17, 15:53
Xamənei etirazlara görə ABŞ-i günahlandırdı

İrandakı iğtişaşlar ABŞ-ın planı idi.

Gunaz.tv

Bu iddianı İranın rəhbəri Əli Xamənei səsləndirib.

“ABŞ prezidentini İran xalqına qarşı verdiyi zərərlərə və atdığı böhtanlara, bunların nəticəsində itkilərə görə cinayətkar hesab edirik. Son iğtişaşlar Amerikanın bir planı idi. Tramp özü bu iğtişaşlara müdaxilə etdi, açıqlamalar verdi, iğtişaşçılara dəstək verdi və hərbi dəstək verəcəyini dedi", - Xamenei əlavə edib.

O, ABŞ-ın bu hadisələri planlaşdırdığını və məqsədini İran üzərində hökmranlıq olduğunu qeyd edib.

“Bu, hazırkı ABŞ prezidenti ilə bağlı deyil. Bu, Amerika siyasətidir”, - o vurğulayıb.

Qeyd edək ki, İranda ötən ilin 28 dekabrından başlayan etiraz aksiyalarında minlərlə şəxs öldürülüb, 20 mindən çox etirazçı həbs edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar