SON XƏBƏRLƏR

ABŞ ordusunun keçmiş generalı: Vaşinqton genişmiqyaslı hücuma hazırlaşır

2026.01.19, 05:30
ABŞ ordusunun keçmiş generalı: Vaşinqton genişmiqyaslı hücuma hazırlaşır

Ciddi xəbərdarlıq ABŞ-ın hərbi elitasından

Gunaz.tv

ABŞ Silahlı Qüvvələrinin istefada olan quru qoşunları generalı Cek Kin bildirib ki, Vaşinqtonun son hərbi addımları “strateji aldatma” və ya psixoloji əməliyyat deyil, real və genişmiqyaslı hərbi müdaxiləyə hazırlığın göstəricisidir.

General Kin vurğulayıb: “Heç bir gizli plan və ya oyun yoxdur. Gördüklərimiz mərhələli şəkildə həyata keçirilən tammiqyaslı hücuma hazırlıqdır.” Onun sözlərinə görə, qüvvələrin cəmləşdirilməsi, hərbi texnikanın daşınması və əməliyyat koordinasiyasının gücləndirilməsi ABŞ-ın hərbi qərarvermədə son mərhələyə daxil olduğunu göstərir.

Bu açıqlamalar regionda gərginliyin kəskin şəkildə artdığı, ABŞ ilə İran hakimiyyəti arasında birbaşa qarşıdurma ehtimalları ilə bağlı müzakirələrin intensivləşdiyi bir vaxta təsadüf edir.

Cek Kin ABŞ ordusunun quru qoşunlarında uzun illər xidmət etmiş, Baş Qərargah rəisinin keçmiş müavini olmuşdur. O, xüsusilə İraq müharibəsi dövründə ABŞ-ın hərbi strategiyalarının formalaşdırılmasında təsirli fiqurlardan biri kimi tanınır və açıqlamaları Vaşinqtonun hərbi-siyasi dairələrində ciddi siqnal kimi qiymətləndirilir.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar