SON XƏBƏRLƏR

Pezeşkian internetə görə Laricanidən xahiş edib

2026.01.19, 10:39
Pezeşkian internetə görə Laricanidən xahiş edib

İran prezidenti Məsud Pezeşkian ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Ərdəşir Laricaniyə internetlə bağlı məsləhət verib. 

Gunaz.tv

Bu barədə SEPAH-a bağlı "Fars" xəbər agentliyi məlumat yayıb.

"Onlayn biznesin asanlaşdırılması və rabitə çətinliklərinin azaldılması zərurətini nəzərə alaraq, cənab Laricaniyə internet məhdudiyyətlərini mümkün qədər tez aradan qaldırmağı məsləhət gördüm",- Pezeşkian bildirib.

Qeyd edək ki, kibertəhlükəsizlik üzrə ixtisaslaşmış "NetBlocks" saytının məlumatına görə, internetin kəsildiyinə görə İran iqtisadiyyatı hər saat 1 milyon 560 milyon dollar ziyan edir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar