SON XƏBƏRLƏR

İranda etiraz aksiyaları - ölənlərin sayı artır

2026.01.19, 12:53
İranda etiraz aksiyaları - ölənlərin sayı artır

İranda 22 gün əvvəl başlayan ümumxlaq etirazlarında öldürülən 3919 nəfərin kimliyi müəyyənləşdirilib, öldürülən 8944 nəfərin kimliyinin isə dəqiqləşdirilməsinə çalışılır. 

Gunaz.tv

Bunu İran İnsan Haqları Təşkilatı bildirib.

Öldürülənlərdən 178 hökumət məmuru, 25-i azyaşlı və 31-i etiraz aksiyalarında iştirak etməyən mülki şəxslərdir.

Bununla yanaşı 24669 nəfər həbs edilərək müxtəlif həbsxanalara köçürülüb.

Bildirilib ki, internet kəsldiyinə görə, öldürülən və həbs olunanların sayı və kimliyinin müəyyənləşdirilməsində gecikmələr olur.

Qeyd edək ki, bəzi məlumatlara görə, etiraz aksiyalarında 16 mindən çox insan həlak olub, 300 mindən çox etirazçı isə yaralanıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar