SON XƏBƏRLƏR

Bu, mövcudluğumuzu təhdid edir - Qalibafın müşaviri

2026.01.20, 10:29
Bu, mövcudluğumuzu təhdid edir - Qalibafın müşaviri

İran parlamentinin başçısı Məhəmməd Baqir Qalibafın müşaviri mehdi Məhəmmədi ABŞ qüvvələrinin bölgəyə cəlb edilməsinin İranın mövcudluğuna təhdid olduğunu bildirib.

Gunaz.tv

O, bu haqda özünün X sosial media səhifəsində yazıb.

"Amerika qüvvələrinin bölgədə cəmləşməsi və İranın mövcudluğuna birbaşa təhdid, danışıqlara dəstək vermək məqsədi daşıyırsa, bu mütləq əks nəticə verəcək və danışıqların aradan qaldırılmasına səbəb olacaq",- o əlavə edib.

Məhəmmədi qüvvələrin toplanmasının İrana qəfil zərbə məqsədi daşıdığı təqdirdə isə ona adekvat və qəti cavab veriləcəyini yazıb:

"Bu baş vermədən əvvəl zərərsizləşdirilməlidir. Mövcudluq uğrunda müharibədə çəkindirmə mənasızdır".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar