SON XƏBƏRLƏR

KİV: NATO Qrenlandiyadakı vəziyyətə görə ABŞ-ın kəşfiyyat məlumatlarına çıxışını məhdudlaşdırıb

2026.01.20, 11:14
KİV: NATO Qrenlandiyadakı vəziyyətə görə ABŞ-ın kəşfiyyat məlumatlarına çıxışını məhdudlaşdırıb

NATO ölkələri ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya iddiaları səbəbilə Vaşinqtonla kəşfiyyat məlumatlarını paylaşmaqdan imtina edir.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Britaniyanın "The i Paper" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ittifaq nümayəndələri artıq amerikalı həmkarları ilə açıq ünsiyyət qurmurlar. Çünki məlumatların Trampa çata biləcəyi və gələcəkdə yarı-muxtar Danimarka ərazisini hərbi yolla ələ keçirmək cəhdində istifadə edilə biləcəyindən narahatdırlar.

Qəzetin Britaniya kəşfiyyatındakı mənbəyi iddia edir ki, Böyük Britaniya səyləri ikiqat artırmaq və AB ölkələri ilə müdafiə tərəfdaşlığını gücləndirmək niyyətindədir. Çünki Trampın Danimarkaya qarşı təhdidlərindən sonra London və Vaşinqton arasındakı münasibətlər 1950-ci illərdən bəri ən aşağı nöqtədədir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar