SON XƏBƏRLƏR

Riçard Qoldberq: Tramp İran rejiminə qarşı "geniş hərbi qüvvə" hazırlayır

2026.01.20, 12:03
Riçard Qoldberq: Tramp İran rejiminə qarşı "geniş hərbi qüvvə" hazırlayır

Demokratiyaların Müdafiəsi Fondunun analitiki və baş məsləhətçisi, eləcə də Tramp administrasiyasının keçmiş rəsmisi Riçard Qoldberq Fox News-a verdiyi müsahibədə Prezident Trampın İslam Respublikasına qarşı "geniş hərbi qüvvə" hazırladığını vurğulayıb.

Gunaz.tv

O, X hesabında yazıb: "İranda etirazlar davam edir. Edamlar gizli şəkildə həyata keçirilir. Prezident Trampın hakimiyyətə münasibəti dəyişdikcə onun seçimləri genişlənir. Şərtlər uyğun olarsa, milyonlarla insan yenidən küçələrə çıxmağa hazırdır."

Qoldberq Fox News-a verdiyi müsahibənin bir hissəsini paylaşaraq, Donald Trampın qarşısında duran variantlara toxunub.

“O, indi əməliyyat imkanları və seçimlər qurur; bu seçimlər rejimin başını kəsmək və əsas komandanlıq, nəzarət və rabitə mərkəzlərini hədəf almaq kimi imkanları əhatə edir." - deyə o bildirib.

Keçmiş Amerika administrasiyasının rəsmisinin sözlərinə görə, Amerika prezidenti İslam Respublikasının qırmızı xətti keçdiyini yaxşı bilir.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar