SON XƏBƏRLƏR

İsrail Avropa Birliyini SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırıb

2026.01.20, 19:58
İsrail Avropa Birliyini SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırıb

İsrailin xarici işlər naziri Gideon Saar Avropa Birliyini İrandakı etirazların yatırılmasında və bölgədə sabitliyin pozulmasında rolunu qeyd edərək İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımağa çağırıb.

Gunaz.tv

Çexiyalı həmkarı ilə birgə mətbuat konfransında danışan Saar, İran hakimiyyətinin internetə çıxışı məhdudlaşdırdığını və təzyiqlərini davam etdirdiyini deyib.

"İrandakı ayətullah rejimi öz azadlıqları uğrunda mübarizə aparan xalqı vəhşicəsinə qətlə yetirir." - deyə o bildirib.

Saar Aİ-ni İslam Respublikasına qarşı etiraz edən iranlıların çağırışlarına cavab olaraq hərəkətə keçməyə çağırıb.

"Avropa Birliyinə çağırış edirəm: Ayağa qalxın. İran xalqının çağırışına cavab verin. İnqilab Keşikçilərini terror təşkilatı kimi tanıyın", - deyə o bildirib.

 

- Cəfər Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar