Dövlət mediasının məlumatına görə, Pezeşkian deyib: "Biz qəbul etməliyik ki, işləri idarə etməkdə səhvlərə yol vermişik. Əgər öz səhvlərimizin fərqinə varmasaq və onları düzəltməyə çalışmasaq, yalnız başqalarını günahlandırsaq, heç bir şeyə nail ola bilməyəcəyik."
O bildirib ki, dövlət orqanları yoxsul qrupların tələblərinə və problemlərinə laqeyd qalsa, ictimai narazılıq artacaq.
O deyib: "Bütün qurumlar və idarəetmə orqanları həssas qrupların tələblərinə və problemlərinə məhəl qoymadıqda, cəmiyyətin zorakılığa, laqeydliyə və ölkədən və sistemdən uzaqlaşmağa doğru irəliləməməsini gözləyə bilmərik."
- Cəfər Cəfərli