SON XƏBƏRLƏR

Türkiyə bayrağına hücuma cavab: Kadıköy stadionu bayraqlara büründü

2026.01.23, 06:15
Türkiyə bayrağına hücuma cavab: Kadıköy stadionu bayraqlara büründü

Gunaz.tv

Suriya–Türkiyə sərhədində, Nusaybin–Qamışlı xəttində YPG terrorçuları tərəfindən Türkiyə bayrağına edilən hücumdan sonra ölkə daxilində reaksiyalar davam edir. Bu çərçivədə “Fənərbaxça” azarkeşləri İstanbulun Kadıköy stadionunda simvolik və diqqətçəkən bir addım ataraq stadionu Türkiyə bayraqları ilə doldurublar.

UEFA Avropa Liqası çərçivəsində “Fənərbaxça”nın İngiltərənin “Aston Villa” komandası ilə keçirdiyi oyunda azarkeşlər on minlərlə Türkiyə bayrağı qaldıraraq milli simvollara dəstəyini nümayiş etdiriblər. Qarşılaşmadan əvvəl tribunalara təxminən 40 min bayraq paylanıb, açılış mərasimi zamanı isə qapıarxası tribunalarında və maratonun yuxarı hissəsində nəhəng Türkiyə bayraqları açılıb.

Azarkeşlərin bayraqları dalğalandırması stadionu tamamilə qırmızı-ağ rənglərə boyayıb. Türkiyə mediası bu görüntüləri “Türkiyə bayrağı bayramı” kimi qiymətləndirib. Bir çox müşahidəçi bu addımı YPG tərəfdarlarının Türkiyə bayrağına qarşı törətdiyi təxribat xarakterli hərəkətə verilən xalq səviyyəli və simvolik cavab kimi dəyərləndirir.

Son günlər Türkiyə bayrağına qarşı edilən hücum Ankara rəsmilərinin sərt reaksiyasına və ölkə ictimaiyyətində geniş etiraz dalğasına səbəb olmuşdu. “Fənərbaxça” azarkeşlərinin bu addımı isə Türkiyə cəmiyyətinin milli bayrağa olan həssaslığını və dövlət rəmzlərinə qarşı hər cür təhqirə açıq mesajını əks etdirir.

GünazTV

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar