SON XƏBƏRLƏR

İranın xarici işlər nazirinin müavini Bakıdan təhdid mesajları verib

2026.01.24, 13:33
İranın xarici işlər nazirinin müavini Bakıdan təhdid mesajları verib

İrana hücum olarsa, müharibə sərhədləri aşacaq.

Gunaz.tv

Bunu Azərbaycanda səfərdə olan İran İslam Respublikası xarici işlər nazirinin müavini Vahid Cəlalzadə jurnalistlərlə görüşündə deyib.

O, “bəzi region ölkələrinin bunu başa düşdüyünü və bu təhlükə haqda ABŞ rəhbərliyini xəbərdar etdiyini bildirib”.

Diplomat bu amilin müharibə təhlükəsini sovuşdurduğunu vurğulayıb.

Siyasi ekspertlər bu mesajın birbaşa Bakıdan verilməsini Azərbaycan təhdid kimi qiymətləndiriblər.

"İran rəsmiləri hər zaman deyirlər ki, ABŞ İrana zərbə vurarsa, İran da Amerikanın bölgədəki hərbi bazalarına zərbələr endirəcək. ABŞ-ın Azərbaycanda hərbi bazası yoxdur, ancaq iki ölkə arasında tərəfdaşlıq münasibətləri formalaşıb. Azərbaycan qonşu ölkədə sabitlikdə maraqlıdır. Ancaq iranlı diplomatın sözlərindən belə çıxır ki, İranda müharibə nəticəsində sabitlik pozularsa, Tehran qonşu ölkələrə problem yaradacaq. Bu açıq-aşkar təhdiddir." - "Atlas" araşdırmaları mərkəzinin rəhbəri Elxan Şahinoğlu öz sosial media paylaşımında bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar