SON XƏBƏRLƏR

İran, Rusiya və ABŞ pərdəarxası danışıq aparır- "Əl-Ərəbiyyə"

2026.01.24, 16:26
İran, Rusiya və ABŞ pərdəarxası danışıq aparır- "Əl-Ərəbiyyə"

İsrail təhlükəsizlik rəsmisi bildirib ki, bu dəfə ABŞ-ın İranla danışıqlardakı şərtləri çox sərtdir. 

Gunaz.tv

Bu barədə "Əl-Ərəbiyyə" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Təl-Əviv ABŞ, İran və Rusiya arasında aparılan gizli danışıqlardan və pərdəarxası müzakirələrdən xəbərdardır.

Mənbə əlavə edib ki, ABŞ İrana hücum etmək qərarına gələrsə, İsrailə və bir neçə digər ölkəyə məlumat verməyi öhdəsinə götürüb:

"Baxmayaraq ki, Təl-Əvivə qarşıdan gələn hücum barədə heç bir əlamət yoxdur".

Onun sözlərinə görə, İrana hərbi hücum variantı ABŞ-ın bölgədəki hazırlığı və təchizatı baxımından masadadır və ABŞ hərbi qüvvələrinin bölgədəki hərəkəti və yerləşdirilməsi misli görünməmiş və çox genişdir. 

O, həmçinin İrandan, eləcə də Yəmən, İraq və Livandan raket atışları ehtimalının olduğu barədə də xəbərdarlıq edib.

Təhlükəsizlik rəsmisi ABŞ və İran arasındakı danışıqların “mürəkkəb, ancaq qısamüddətli” olacağını söyləyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar