SON XƏBƏRLƏR

ABŞ İraqı İranın dəstəklədiyi şiə hərbi qruplaşmaları bağlı xəbərdar edib

2026.01.24, 21:40
ABŞ İraqı İranın dəstəklədiyi şiə hərbi qruplaşmaları bağlı xəbərdar edib

“Reuters” mənbələrinə istinadən yazır ki, Bağdada bu qruplaşmaların hökumətdə təmsil olunacağı təqdirdə sanksiyalara məruz qoyulacağı bildirilib. Sanksiyaların İraqın neftdən gələn gəlirlərini əhatə edə biləcəyi vurğulanıb.

Gunaz.tv

Agentliyə danışan üç iraqlı mənbə isə deyib ki, ABŞ-nin Bağdaddakı müvəqqəti işlər vəkili Coşua Harris belə xəbərdarlığı son iki ayda İraq rəsmilərinə və nüfuzlu şiə liderlərinə edib. Xəbərdarlığın həmçinin vasitəçilərlə bəzi İrana yaxın qruplaşmalara da edildiyi vurğulanıb. 

İraq İran iqtisadiyyatı üçün həyati vacib əhəmiyyət daşıyır. Uzun illər ərzində Tehran Bağdadın bank sistemindən sanksiyalardan yayınmaq üçün istifadə edib. 

ABŞ bundan öncə heç vaxt İraqın neft gəlirlərini dayandırmayıb. O, 2003-cü ildən bu yana Vaşinqtonun nəzarətindədir və FES vasitəsilə İraq Mərkəzi Bankına göndərilir. 

“Reuters” yazır ki, İraqa xüsusilə noyabrdakı parlament seçkisindən sonra xəbərdarlıqlar edilməyə başlanıb. Agentliyin mənbəsi Vaşinqtonun parlamentdə 58 nəfərin İranla əlaqədə ittiham edir və Bağdaddan onlardan heç birinin hökumətə daxil edilməməsini tələb edir: 

“Biz amerikalılardan əlavə izahat istədik, onlar dedilər ki, bu o deməkdir ki, bu şəxslər hökumətdə olsalar onlar həmin hökumətlə əməkdaşlıq etməyəcəklər və dollar köçürməsini dayandıracaqlar” - deyə adının çəkilməsini istəməyən iraqlı rəsmi deyib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar