SON XƏBƏRLƏR

Türkiyə İranla sərhəddə bufer zona yaradır

2026.01.26, 13:00
Türkiyə İranla sərhəddə bufer zona yaradır

Türkiyə müharibə və ya yeni gərginliklərin yaranacağı ehtimalını nzərə alaraq İranla sərhəddə bufer zonası yaratmağa hazırlaşır.

Gunaz.tv

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, bu planın əsas məqsədi miqrantların və qaçqınların Türkiyəyə girişinin qarşısını almaq və onları mümkün qədər İran ərazisində saxlamaqdır.

"Milliyet" qəzetinin yazdığına görə, Türkiyə Xarici İşlər Nazirliyinin rəsmiləri qapalı iclasda ölkə parlamentinin Xarici Əlaqələr Komissiyasının üzvlərini bu plan barədə məlumatlandırıblar.

Bldrilib ki, Türkiyə hökuməti üç fərqli ssenarini araşdırıb və parlamentə təqdim edilən hesabatda Suriyadakı hadisələrin və miqrant axınının tcrübəsi xatırladılıb. Türkiyə rəsmiləri İrandakı hər hansı bir qeyri-sabitliyin böyük bir miqrasiya dalğası yarada biləcəyi barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə Müdafiə Nazirliyi İranla sərhəd təhlükəsizliyinin gücləndirilməsi çərçivəsində yüzlərlə müşahidə qülləsinin quraşdırılması, yüzlərlə kilometr uzunluğunda modul beton divarların tikintisi və sərhəd xəndəklərinin qazılması işlərinin tam başa çatdığını açıqlayıb.

Fiziki təhlükəsizlik sisteminin gücləndirilməsi çərçivəsində İran sərhədi boyunca 203 elektro-optik sistemin və 43 lift qülləsinin quraşdırılmasının başa çatdırıldığı və 380 kilometr modul divarların tikildiyi bildirilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar