SON XƏBƏRLƏR

Neftçalada İran vətəndaşından 20 kq marixuana almış narkokuryer saxlanılıb

2026.01.28, 11:25
Neftçalada İran vətəndaşından 20 kq marixuana almış narkokuryer saxlanılıb

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 43 yaşlı Samiq Abuşov saxlanılıb.

Gunaz.tv

Günaz TV APA-ya sitinadən xəbər verir ki, onun idarə etdiyi “Toyota” markalı nəqliyyat vasitəsindən ümumi çəkisi 20 kiloqrama yaxın olan narkotik vasitə həşiş və marixuana aşkarlanıb.

S.Abuşov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyini və narkotik vasitələri Bakı şəhərinə çatdırmalı olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar