SON XƏBƏRLƏR

Tramp Amerikanın böyük hərbi qüvvələrinin İrana yaxınlaşdığını açıqlayıb

2026.01.28, 11:27
Tramp Amerikanın böyük hərbi qüvvələrinin İrana yaxınlaşdığını açıqlayıb

Amerika Prezidenti Donald Tramp, Amerikanın əsas qüvvələrinin İrana yaxınlaşdığını elan edərək, Tehranın razılığa gələcəyinə ümid etdiyini bildirib.

Gunaz.tv

Tramp bu barədə Ayova ştatında tərəfdarları qarşısında çıxış edərkən danışıb.

"Yeri gəlmişkən, hazırda daha bir böyük, gözəl bir ordu gözəl şəkildə İrana doğru irəliləyir. Ona görə də deyirəm, görəcəyik! Ümid edirəm ki, onlar razılığa gələcəklər", - Tramp bildirib.

Tramp Amerikanın 2025-ci ilin iyun ayında İranın nüvə imkanlarını məhv etdiyini vurğulayaraq Fordo, Natanz və İsfahandakı İran nüvə obyektlərinə zərbələr endirildiyini xatırladıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar