SON XƏBƏRLƏR

Türkiyədə İranla əlaqəli casus şəbəkəsi zərərsizləşdirilib

2026.01.28, 12:59
Türkiyədə  İranla əlaqəli casus şəbəkəsi zərərsizləşdirilib

MİT uzunmüddətli araşdırmadan sonra İranla əlaqəli casus şəbəkəsini zərərsizləşdirib. Altı şübhəli saxlanılıb.

Gunaz.tv

Şəbəkənin Adanada yerləşən, NATO və Amerika–Türkiyə üçün strateji əhəmiyyət daşıyan “İncirlik Hava Bazası”nın foto və videolarını topladığı bildirilir.

İstanbul mərkəzli olan 5 vilayətdə keçirilən əməliyyatlarda müdafiə sənayesi şirkətlərinin sahibləri Erhan Ergelen və Taner Özcan, tekstil istehsalçıları Cemal Beyaz, Remzi Beyaz, Alican Koç və İran vətəndaşı Aşkan Cəlali saxlanılıb. 6 şübhəli İstanbul Növbətçi Sülh Məhkəməsi tərəfindən "siyasi və ya hərbi casusluq məqsədləri üçün dövlət sirlərini əldə etmək" ittihamı ilə həbs edilib.

İstintaq nəticəsində müəyyən edilib ki, dəstəyə İran kəşfiyyat zabitləri Nəcəf Rüstəmi ("Hacı") və Mehdi Yekeh Dehghan ("Doktor") rəhbərlik edib. Məlum olub ki, Rüstəmi Vanda yaşayan Alican Koça Adanadakı İncirlik Hərbi Hava Bazasının foto və videolarını çəkəcək insanlar tapmaq tapşırığı verib.

Ankarada yaşayan iranlı Aşkan Cəlalinin "Bulaq Robotics" və "Arete Industries" şirkətləri vasitəsilə Türkiyədən Şimali Kipr Türk Respublikasına və Cənubi Kiprə PUA göndərməyi planlaşdırdığı müəyyən edilib. Cəlalinin və Koçun 2025-ci ilin avqust-sentyabr aylarında İranda xüsusi PUA təlimində iştirak etdiyi də müəyyən edilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar