SON XƏBƏRLƏR

Azərbaycan və Suriya enerji sahəsində əməkdaşlığı müzakirə edib

2026.01.29, 11:59
Azərbaycan və Suriya enerji sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriyanın energetika nazirinin müavini Ömər Şakrukla əməkdaşlıq məsələlərini müzakirə edib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı diplomatik nümayəndəliyinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilir.

"Energetika nazirinin elektrik enerjisi məsələləri üzrə müavini Ömər Şakrukla məhsuldar görüş keçirdim. Görüş zamanı enerji sektorunda əməkdaşlığın gücləndirilməsi və ölkələrimiz arasında birgə layihələrin inkişafı yollarını müzakirə etdik", - diplomatik missiyanın məlumatında qeyd olunub.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar