SON XƏBƏRLƏR

Dövlət Departamenti: Amerika İrana təzyiq göstərməyə davam edəcək və eyni zamanda danışıqlara açıq qalacaq

2026.01.30, 10:54
Dövlət Departamenti: Amerika İrana təzyiq göstərməyə davam edəcək və eyni zamanda danışıqlara açıq qalacaq

Amerika bütün diplomatik variantlara açıq olmaqla yanaşı İrana qarşı maksimum təzyiq siyasətini davam etdirəcək.

Gunaz.tv

Bunu Amerika Dövlət Departamentinin sözçüsü Tommi Piqqott bildirib.

"Su, qida, enerji infrastrukturunu maliyyələşdirmək əvəzinə, oradakı rejim sərvətini terrorçulara, Amerika Prezidenti tərəfindən məhv edilən nüvə silahı proqramına sərf edib", - Piqqott "News Max"a bildirib.

"Biz bu administrasiyanın ilk günündən rejimin bu zərərli fəaliyyətləri həyata keçirmək üçün gəlir əldə etməməsi üçün maksimum təzyiq siyasətini seçdik." - deyə o əlavə edib.

Tommi Piqqott maksimum təzyiq siyasətinin İranın hərbi və nüvə proqramları üçün maliyyə imkanlarını məhdudlaşdırmaq üçün həyata keçirdiyini bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar