“İranlılar nüvə məsələsinin sadəcə bir bəhanə olduğunu bilirlər, çünki reallıq budur ki, İran geniş məhdudiyyətlərdən tutmuş yoxlamalara və hətta müəyyən edilmiş çərçivədə yüksək dərəcədə zənginləşdirilmiş urandan imtina etməyi qəbul edib." - deyə SEPAH-ın siyasi şöbəsi ilə əlaqəli olan “Basirat” xəbər veb saytında dərc olunmuş məqalədə bildirilir.
“Tramp danışıqlardan bəhs etmir; o, təslim olmaqdan danışır - milli iradənin əldən alınması, müdafiə gücünün zəifləməsi və nəticədə İranın asılı vəziyyətə düşməsi deməkdir. Amerikanın istədiyi arxayınlıq deyil, İranın alçaldılması və parçalanması məqsədilə tərksilah edilməsidir” - məqalədə qeyd edilib.
Bu həftənin əvvəlində dərc olunmuş hesabatda “Axios” Amerika rəsmilərinə istinadən bildirib ki, İranla əldə ediləcək hər hansı bir razılaşmaya İrandan bütün zənginləşdirilmiş uranın çıxarılması, İranın uzunmənzilli raket ehtiyatının məhdudlaşdırılması, İranın regiondakı proksiləri dəstəkləmək siyasətində dəyişiklik və ölkədə müstəqil uran zənginləşdirilməsinin qadağan edilməsi şəertləri daxil olmalıdır.
- Cəfər Cəfərli