SON XƏBƏRLƏR

Vaşinqton və Tehran pərdə arxasında danışıqlar aparır

2026.02.01, 11:52
Vaşinqton və Tehran pərdə arxasında danışıqlar aparır

Tramp “dialoq ciddi şəkildə davam edir” deyir, ABŞ mediası isə irəliləyiş görmür

Gunaz.tv

ABŞ Prezidenti Donald Tramp Vaşinqton ilə Tehran arasında danışıqların davam etdiyini və hərbi gərginliyin qarşısının alınacağına ümid etdiyini bildirib. Bununla belə, əsas ABŞ media qurumları pərdə arxasında aparılan görüşlərdə nəzərəçarpan irəliləyişin əldə olunmadığını yazır.

Tramp ötən həftə jurnalistlərə açıqlamasında, razılaşma əldə ediləcəyi təqdirdə hərbi qarşıdurmadan yayınmağa üstünlük verəcəyini vurğulayıb. “New York Times” isə mənbələrə istinadən xəbər verir ki, gizli danışıqlar hələlik nəticə verməyib və tərəflərin mövqeləri yaxınlaşmayıb.

Amerikalı analitiklər bildirir ki, Vaşinqtonun siyasi və təhlükəsizlik dairələri ilə Tehran arasında pərdə arxası təmaslar davam edir, lakin nüvə silahı və icra zəmanətləri ilə bağlı fikir ayrılıqları prosesi ləngidir.

Bu arada “Ynet News” xəbər verir ki, tərəflər diplomatik səviyyədə dialoqun davamı üçün müsbət siqnallar göndərir və Rusiya ilə Türkiyə bölgədə vasitəçilik imkanlarını dəyərləndirir.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar