SON XƏBƏRLƏR

İran XİN rəhbəri Amerika təhdidləri fonunda regional danışıqları gücləndirib

2026.02.02, 11:50
İran XİN rəhbəri Amerika təhdidləri fonunda regional danışıqları gücləndirib

İran mediasının məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi regional və beynəlxalq olayları müzakirə etmək üçün Misir, Səudiyyə Ərəbistanı və Türkiyədəki həmkarları ilə ayrı-ayrılıqda telefon danışıqları aparıb.

Gunaz.tv

Tasnim agentliyi bildirib ki, Əraqçi son həftələrdə regional paytaxtlarla əlaqələrini gücləndirib və xüsusilə Vaşinqtonun İrana qarşı təzyiqlərini onların diqqətinə çatdırıb.

O, həmçinin ötən həftə prezident Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan ilə danışıqlar aparmaq üçün Türkiyəyə səfər edib.

Bundan başqa, Qətərin baş naziri və xarici işlər naziri şənbə günü Əraqçi və İranın yüksək vəzifəli təhlükəsizlik rəsmisi Əli Laricani ilə görüşmək üçün Tehrana qısa səfər etmişdi.

Xatırladaq ki, "Axios" bazar günü axşam Türkiyə, Misir və Qətərin bu həftə Ankarada Amerika nümayəndəsi Stiv Vitkov və İran rəsmiləri arasında görüş təşkil etmək üzərində işlədiyini bildirib - bu iddia Tehran tərəfindən təsdiqlənməyib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar