SON XƏBƏRLƏR

“Ofog” şəbəkəsinin aparıcısının etirazlarda öldürülənlərə təhqiri geniş reaksiyalara səbəb oldu (Video)

2026.02.02, 12:39
“Ofog” şəbəkəsinin aparıcısının etirazlarda öldürülənlərə təhqiri geniş reaksiyalara səbəb oldu (Video)

Gunaz.tv

“Ofog” televiziya şəbəkəsində yayımlanan “Xətt-Xətti” adlı yumor proqramında aparıcının etirazlarda öldürülənlər barədə səsləndirdiyi qalmaqallı ifadələr sosial şəbəkələrdə və media fəalları arasında geniş müzakirələrə yol açıb.

Hadisə kino aktyoru Arjang Amirfazlinin hökumətin etirazlarda həyatını itirən bəzi insanların cəsədlərini mümkün ABŞ və ya İsrail hücumu zamanı həmin hücumun qurbanları kimi təqdim etmək üçün saxladığı barədə iddiasından sonra baş verib. Proqramın aparıcısı Məhəmmədhüseyn Məhəbbinin bu sözlərə cavabı isə təhqiramiz və istehzalı olub. O, tamaşaçılara cəsədlərin “hansı soyuducuda saxlandığını” soruşaraq bir neçə yumoristik seçim təqdim edib.

Bu açıqlamalar qısa müddətdə sosial şəbəkə istifadəçiləri, insan haqları fəalları və hətta hökumətə yaxın bəzi simalar tərəfindən sərt tənqid edilib. Tənqidçilər bu sözləri “qurbanlara və yaslı ailələrə açıq hörmətsizlik” kimi qiymətləndiriblər.

GünazTV

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar