SON XƏBƏRLƏR

Qəzvində daha 158 nəfər həbs edilib

2026.02.02, 12:49
Qəzvində daha 158 nəfər həbs edilib

Fevralın 1-də Qəzvin əyalətində etiraz aksiyalarında iştirakda şübhəli bilinən daha 158 nəfər həbs edilib.

Gunaz.tv

Bu barədə əyalətin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Saxlanılanlardan 31 nəfərinin hökumətə müxalif qrupların üzvü olduğu bildirilib.

Onlar 11 hökumət məmurunun öldürülməsində, dövlət əmlakını dağıtmaqda, müqəddəs məkanları, o cümlədən məscidləri yandırmaqda günahlandırılıblar.

Həbs edilənlərin kimliyi və harada saxlanıldıqları barədə məlumat verilməyib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar