SON XƏBƏRLƏR

İsrail Baş Qərargah rəisi “müharibəyə hazırlıq” barədə açıqlama verdi

2026.02.03, 10:51
İsrail Baş Qərargah rəisi “müharibəyə hazırlıq” barədə açıqlama verdi

Gunaz.tv

İranla davam edən gərginlik fonunda İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi bildirib ki, ölkənin silahlı qüvvələri “müharibəyə hazırlığın artırıldığı bir mərhələyə” daxil olub.

Hərbi mənbələrin verdiyi məlumata görə, general-leytenant Eyal Zamir yüksək rütbəli zabitlərlə keçirilən iclasda ordunun 7 oktyabr hadisələrindən dərs çıxarmalı olduğunu, müdafiə mövqelərini gücləndirməli və mümkün bütün cəbhələr üzrə bir sıra hücum əməliyyatlarına hazır olmalı olduğunu vurğulayıb.

İsrail ordusunun yaydığı bəyanata əsasən, Zamir qeyd edib ki, silahlı qüvvələr müxtəlif ssenarilər üzrə planlaşdırma aparır və çoxcəhbəli müharibə ehtimalı fonunda “daimi xəbərdarlıq və tam hazırlıq vəziyyətində” qalmalıdır.

Müşahidəçilər bu açıqlamaları bölgədə hərbi xəbərdarlıq səviyyəsinin yüksəldilməsinin göstəricisi kimi qiymətləndirirlər.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar