SON XƏBƏRLƏR

Pezeşkian: Tehran-Vaşinqton danışıqlarında İranın milli maraqları nəzərə alınmalıdır

2026.02.03, 11:07
Pezeşkian: Tehran-Vaşinqton danışıqlarında İranın milli maraqları nəzərə alınmalıdır

Tehran və Vaşinqton arasında danışıqlar İranın milli maraqları çərçivəsində aparılmalıdır.

Gunaz.tv

Bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Regiondakı dost hökumətlərin Amerika Prezidentinin danışıqlar təklifinə cavab vermək xahişi fonunda mən xarici işlər nazirinə uyğun şərait olduğu təqdirdə təhdidlər və əsassız gözləntilər olmadan ədalətli və bərabərhüquqlu danışıqlar aparmağı tapşırdım", - o qeyd edib.

Daha əvvəl Amerika Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və İran XİN başçısı Abbas Əraqçinin fevralın 6-sı İstanbulda mümkün nüvə razılaşmasını müzakirə etmək üçün görüşəcəkləri barədə məlumat yayılmışdı.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar