SON XƏBƏRLƏR

İran parlamentinin üzvü etirazlara silahlı müdaxilə barədə açıqlama verdi

2026.02.03, 17:00
İran parlamentinin üzvü etirazlara silahlı müdaxilə barədə açıqlama verdi

Etiraz aksiyalarına silahlı müdaxilə Ali Milli Təhlükəsizlik Şurasının qərarından sonra baş verib.

Gunaz.tv

Bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü İsmayıl Kosəri deyib.

"Cümə gecəsinə və hətta cümə səhərinə qədər polis qüvvələri silahdan istifadə etmədi, ancaq hücumlar yayıldıqdan sonra Ali Milli Təhlükəsizlik Şurası polis qüvvələrinin, "Bəsic" və SEPAH üzvlərinin silahdan istifadə etməsinə qərar verdi”,- o əlavə edib.

Qeyd edək ki, Kosərinin iddiasına baxmayaraq, onun dediyi tarixdən əvvəl etirazçılara atəş açılıb və çox sayda insan öldürülüb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar