SON XƏBƏRLƏR

Tehrandan yeni şərtlər: danışıqların məkanı gündəmdə

2026.02.04, 01:32
Tehrandan yeni şərtlər: danışıqların məkanı gündəmdə

Gunaz.tv

ABŞ ilə İran hökuməti arasında keçiriləcək növbəti danışıqlar ərəfəsində yayılan məlumatlara görə, Tehran danışıqların məkanı və formatının dəyişdirilməsini tələb edib. Məlumatlı mənbələrin bildirdiyinə görə, İran hökuməti danışıqların İstanbul əvəzinə Omanda keçirilməsini, həmçinin görüşlərin tamamilə ikitərəfli formatda və müşahidəçi ölkələr olmadan aparılmasını istəyir.

Hesabata əsasən, İran hökuməti danışıqların yalnız nüvə dosyesi ilə məhdudlaşdırılmasına çalışır və raket proqramı ilə bölgədəki vasitəçi qüvvələrin rolu kimi mövzuların gündəmdən çıxarılmasını məqsəd qoyur. Halbuki əvvəlki mərhələdə bəzi ərəb və müsəlman ölkələrinin danışıqlarda müşahidəçi qismində iştirakı ilə bağlı razılaşmalar əldə edilmişdi.

ABŞ rəsmiləri bu mövqe dəyişikliyini ilkin razılaşmalardan geri addım kimi qiymətləndirirlər. Bununla belə, Ağ Ev danışıqların hələlik ləğv edilmədiyini açıqlayıb, lakin diplomatik prosesin davamının qarşı tərəfin davranışından asılı olacağını vurğulayıb.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar